Türkiyə - Uels oyununa 29 min bilet satılıb
AVRO-2020-nin qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək Türkiyə - Uels oyununda anşlaq gözlənilir.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib ki, satışa çıxarılan 31 min biletdən 29 mini artıq satılıb.
O, bu görüşü izləmək üçün Türkiyədən 4000-ə yaxın azarkeşin Bakıya gələcəyini bildirib. Uelsin isə matçda 300 tərəfdarı olacaq.
Oyun saatına qədər qalan biletlərin də satılması gözlənilir.
Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.
1news.az
808