Dolları çölə səpən idmançımız millidən qovuldu | 1news.az | Xəbərlər
İdman

Dolları çölə səpən idmançımız millidən qovuldu

15:58 - 18 / 06 / 2021
Dolları çölə səpən idmançımız millidən qovuldu

Rio Olimpiadasının cüdo üzrə gümüş mükafatçısı Elmar Qasımov yığmadan kənarlaşdırılıb.

1news.az oxu.az-a istinadən xəbər verir ki, idmançı həm son yarışlarda uğursuzluğa, həm də nizam-intizami pozduğuna görə millidən uzaqlaşdırılıb.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk görüşdəcə uduzan idmançı bu səbəbdən millinin Şahdağdakı təlim-məşq toplanışına aparılmayıb.

Həmçinin idmançı "Instagram"da paylaşdığı videoları ilə də son günlər gündəmdə idi. Onun bir gün əvvəl eyvandan dollar əskinaslarını havaya atması və buna dair çəkdiyi videonu "Pulu haramçılıqla qazananda" başlığı ilə paylaşması son hədd olub. Üstəlik, idmançı dünən paylaşdığı videoda iyunun 15-i tarixini əks etdirən gündə qırmızı balıq kürüsü ilə dolu qutunu açdığını nümayiş etdirib. Artıq bu idmançının millidə olmayacağını indidən demək olar.

Məsələ ilə bağlı idmançı ilə əlaqə saxlasaq da, o, zənglərimizə cavab vermədi.

Qeyd edək ki, 30 yaşlı Elmar Qasımov Olimpiadadan başqa, dünya, Avropa çempionatlarının, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının mükafatçısıdır. Budəfəki Olimpiadada 100 kq çəki dərəcəsində Azərbaycanı osetin əsilli Zelim Kotsoyev təmsil edəcək.

1news.az

Paylaş:
614

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər