Beş ayda tarlalardan 63,7 min ton taxıl yığılıb
Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb.
Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, iyun ayının 1-nə kimi tarlalardan 63,7 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 faiz çox taxıl yığılıb.
Bu dövr ərzində, həmçinin 183,2 min ton (6,6 faiz az) kartof, 317,6 min ton (10,5 faiz çox) tərəvəz, 22,6 min ton (9,3 faiz çox) meyvə və giləmeyvə, 485,2 ton (23,8 faiz çox) yaşıl çay yarpağı toplanıb.
526