Azərbaycanlı deputat mina xəritələri ilə bağlı AŞPA üzvlərinə çağırış etdi - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat mina xəritələri ilə bağlı AŞPA üzvlərinə çağırış etdi - VİDEO

17:38 - 21 / 06 / 2021
Azərbaycanlı deputat mina xəritələri ilə bağlı AŞPA üzvlərinə çağırış etdi - VİDEO

30 il ərzində Qarabağ inkişafdan məhrum olub, heç bir tərəqqi olmayıb. Ermənistan 3 min mədəniyyət və dini irs abidələri daxil olmaqla, hər şeyi məhv edib. Azad olmuş ərazilərə səfər edən bütün xarici qonaqlar bu görünməmiş barbarlığın şahidi olublar.

1news.az xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Kamal Cəfərov qurumun yay sessiyasında söyləyib.

K.Cəfərov bildirib ki, Qarabağa bir də indi baxın. Qarabağ bu gün milyonlarla azərbaycanlı məcburi köçkün üçün yüksələn rifah və ümid ocağına çevrilib.

Qarabağın yenidən qurulmasına milyardlarla avro sərmayə yatırılıb. ABŞ, Çin, İtaliya, Türkiyə, İsrail, İngiltərə və digər ölkələrdən xarici şirkətlər artıq Qarabağda inkişafın müxtəlif sahələrində fəaliyyətə başlayıblar.

XXI əsrin Hiroşiması adlandırılan Ağdamın baş planı artıq təsdiqlənib. Füzulidən Şuşaya gedən “Zəfər yolu”, eləcə də Füzulidən Cəbrayıl və Hadruta gedən yollar tikilməkdədir. Füzuli, Zəngilan və Laçında yeni beynəlxalq hava limanları tikilir.

Azərbaycan Prezidenti İlham Əliyev şəxsən Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin təməl daşını qoydu. Bu innovativ layihə, BMT-nin davamlı inkişaf hədəflərinə çatmaq üçün ən mühüm vasitələrdən biri hesab edilir.

Siz bilməlisiniz ki, biz Qarabağı sıfırdan yaradıb, qururuq və azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür. Pənahəli Xan öz dövründə Qarabağın təməlini qoydu, tikdirdi. Azərbaycanın onun qurduğu diyarı yenidən quracağına şübhə ola bilməz.

Əsas problemimiz minalardır. Müharibədən sonra ərazilərimizə daxil olmuş erməni təxribatçı qrupunun saxlanılmış üzvlərindən 15 nəfərini təkcə Ağdamda yerləşdirilmiş 97 min mina xəritəsi ilə mübadilə etdik.

Xatırlayırsınızsa, yaz sessiyasında Ermənistan nümayəndə heyəti bu cür xəritələrin mövcudluğuna etiraz edirdi. Bir neçə həftə əvvəl bu minalar 2 jurnalist və 1 dövkət qulluqçusunun ölümünə səbəb oldu. Ümumilikdə, erməni minalarından bu günə qədər 144 nəfər həyatını itirib və ya yaralanıb.

Bu müharibə cinayətidir, bu beynəlxalq humanitar hüququn və ötən il imzalanmış üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.

Həmkarlarımdan bütün mina xəritələrini təhvil verməsi üçün Ermənistana təzyiq göstərmələrini xahiş edirəm”,-deyə K. Cəfərov AŞPA üzvlərinə çağırış edib.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər