Dəqiqənin dəyəri: Azərbaycan idmançıları Olimpiya oyunlarına necə hazırlaşdıqları və vaxtlarına necə dəyər verdikləri haqda danışırlar - FOTO
Vaxtın dəyərini anlamaq çətindir. Lakin zaman həyatımızdakı ən böyük dəyərlərdən biridir. Bugün, Beynəlxalq Olimpiya Günündə, "Dəqiqənin dəyəri" layihəsi çərçivəsində Azərbaycan idmançılarından zamanın həyatlarında hansı rol oynadığını öyrəndik.
Eduard Məmmədov
"Ağ Qurd" ləqəbli azərbaycanlı peşəkar kikboksçu.
25 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat Dünya Kubokunun qalibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında Dünya çempionu, WAKO versiyasına əsasən peşəkarlar arasında qitələrarası kəmər sahibi, IKBO versiyasına əsasən peşəkarlar arasında dünya kəməri sahibi, əməkdar idman ustası, əməkdar məşqçi. Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı. Polkovnik-leytenant.
Eduardın üzərində Omega Seamaster Diver 300M saatı və İL'Azero idman geyimidir.
Həyatımdakı ən dəyərli an Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsinin elanıdır. Bu, 10 Noyabr 2020-ci il tarixində gecə saat 3-də, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Vətənimizin azad olunduğunu elan etdiyi zaman baş verdi. Mənim üçün həyatda bundan vacib bir şey yoxdur! Müharibədə yaralanan və şəhid olan Azərbaycan əsgərlərin qarşısında baş əyirik. Şəhid ailələrinin yanında dayanıb oğullarını əvəz etməyə hazırıq. Şəhidlər ölməz, Vətən bölünməz!
Əlbətdə ki, qalib gəldiyim Dünya və Avropa çempionatlarında Azərbaycan himninin səsləndirildiyi və bayrağımızın qaldırıldığı anları çox qiymətləndirirəm. 2009-cu ildə iki dəfə dünya çempionu oldum. Finalda çox güclü bir güləşçi, erməni Zurab Faroyan ilə döyüşə çıxdım və onu məğlub etdim. 2019-cu ildə rekordumu təkrarladım - bir ildə ardıcıl 2 dünya çempionatında qalib gəldim.
Rinqda mənə "Ağ Qurd" ləqəbi verildi və bu yaxınlarda onu tələbəm Amil Quliyevə ötürdüm. O, artıq yeniyetmələr arasında Dünya və Avropa çempionu oldu. Əminəm ki, onu çoxlu qələbələr gözləyir və tezliklə Amil böyüklər arasında da dünya çempionu olacaq.
Allah həyatda yalnız qələbələr nəsib etsin. Ali Baş Komandanımızın azad edilmiş torpaqları necə gəzdiyi, Şuşanın necə çiçəkləndiyi, Füzulidə hava limanı tikildiyi barədə reportajları izləyəndə başa düşürəm ki, ən böyük arzum Qarabağda böyük bir beynəlxalq müsabiqənin baş tutmasıdır. Tələbələrim Qarabağda Azərbaycan bayrağını qaldırsınlar və qələbələrinin şərəfinə himnimiz səslənsin.
Fəridə Əzizova
Azərbaycanlı taekvondoçu. Azərbaycan milli taekvondo komandasının üzvü, Azərbaycan 2015 çempionu. Qadınlar arasında Dünya Taekvondo Çempionatında medal qazanan ilk Azərbaycan təmsilçisi. Fəridə Əzizova eyni zamanda qadın taekvondo idman növündə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən ilk idmançıdır. O, 2012-ci ildə London və 2016-cı ildə Rio-de-Janeyro Olimpiadalarında iştirak etmişdir. Hal-hazırda Tokio 2021 Olimpiadasına hazırlaşır.
Fəridənin üzərində Omega Seamaster Aqua Terra saatı və İL'Azero idman geyimidir.
Zaman hər insanın, xüsusən də idmançının həyatında mühüm bir yer tutur. 22 saniyə taleyimdə həlledici rol oynadı - döyüşün sonuna məhz 22 saniyə qalmış rəqibimi 6 xal ilə ötərək qalib gəldim. Döyüşün bitməsinə 0,91 saniyə qalmış zərbə vuran və qazanmaq üçün lazım olan xalları toplayan bir idmançı tanıyıram. Zaman bizim ən böyük dəyərimizdir.
Bu il Olimpiya Oyunlarının lisenziyalı turniri həyatımın ən xoşbəxt anı oldu, çünki buna qədər çox çətin bir yol keçmişəm. Dizimdən zədə alaraq, iki ay ərzində idmandan kənar qalmışam. Lisenziyanın alınmasından iki həftə əvvəl eyni zalda Avropa çempionatı keçirildi və mən orada məğlub oldum. Ancaq bu iki həftə ərzində həm zehni, həm də fiziki cəhətdən özümü topladım. Lisenziyamı aldığım an həyatımdakı ən xoşbəxt an oldu.
Əminəm ki, hər şey yaxşı olacaq, çünki “Atalar üçdən deyib” deyirlər, və mən artıq olimpiadada üçüncü dəfədir ki iştirak edirəm. İlk dəfə 2012-ci ildə Londonda iştirak etmişəm. Onda 17 yaşım var idi və çox təcrübəsiz idim. İlk döyüşümdə məğlub oldum. 2016-cı ildə ikinci yarımfinal döyüşünə çıxdım və yalnız 1 xal uduzdum. Allahın köməyi ilə əlimdən gələn hər şeyi Tokioda edəcəyəm, çünki bu artıq üçüncü Olimpiadamdı və mən kifayət qədər təcrübə qazanmışam.
Eldəniz Əzizli
Azərbaycan Yunan-Roma güləşçisi. 2018 Avropa və Dünya çempionu. Kadetlər arasında 2007, 2008 və 2009 illərin Avropa çempionu, gənclər arasında 2010 və 2011 illərin Avropa çempionu, Gənclər arasında 2010 və 2012 illərin dünya çempionu.
Eldənizin üzərində Omega Seamaster Aqua Terra saatı və İL'Azero idman geyimidir.
Hər insanın ömrünün müəyyən vaxtlardan ibarət olduğunu söyləyirlər. Bölmə bitdikcə, düşünün ki, həyat kitabından bir səhifə gedir. İdman haqqında danışırıqsa, burada da hər şey zamana əsaslanır. Döyüş müəyyən bir müddət davam edir, buna görə də, demək olar ki, burada yalnız rəqiblə deyil, zamanla da mübarizə aparılır. Məsələn, bu il Avropa çempionatında son 10 saniyədə məğlub olduğum bir döyüş oldu. Artıq təxminən 2-3 ay keçib, amma mən hələ də bunu düşünürəm.
Həyatımdakı ən xoşbəxt an qızımın dünyaya gəldiyi andır. Və ümid edirəm ki, tezliklə həyatımda daha çox xoşbəxt anlar olacaq.
Odina Əliyeva
Azərbaycanlı voleybolçu. Azərbaycan qadın milli voleybol komandasının kapitanı və Sesi Bauru Braziliya klubunun oyunçusu
Odinanın üzərində Omega Seamaster Aqua Terra saatı və İL'Azero idman geyimidir.
Mən uşaqlıqda həmişə tələsirdim. Ancaq yaşla keçdikcə zamana hörmətlə yanaşmağa başladım. Axı, yalnız təcrübə ilə başa düşürsən ki, hər şeyin öz vaxtı var.
İndi hər dəqiqəni həqiqətən qiymətləndirirəm – bu mənim ən böyük dəyərimdir. Sadəcə taleyin sizə ayırdığı vaxtdan düzgün istifadə etməlisiniz.
Ömrümün yarısından çoxunu voleybola həsr etmişəm. Bu yalnız işim deyil, bütün həyatımdır. Təəssüf ki, idmançılar maksimum 35 yaşa qədər öz professional fəliyyətlərini davam etdirə bilərlər.
Və bunu başa düşərək vaxta daha çox dəyər verməyə, daha neçə mövsüm oynaya biləcəyinizi saymağa, digər idmançılara, özünüzdən böyüklərə diqqətlə yanaşmağa başlayırsınız.
Ən çox anamla keçirdiyim vaxta dəyər verirəm. Valideynlərim Özbəkistanda yaşayır və pandemiyaya görə artıq 2 ildir onları görmürəm. Anamla görüşmə anları mənim üçün ən dəyərlidir. Qırışlarını görəndə qocaldığını başa düşürəm. Zaman uçur...
İndi həyatımın hər anından, ailəm və dostlarımla hər görüşdən zövq alıram. Burada və indi yaşamağı öyrənmişəm. Çünki hər an saatlarımız dayana bilər...
Ayxan Mamayev
Azərbaycanlı karateçi. Azərbaycan çempionu, gənclər arasında Avropa və Dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı, III və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı.
Ayxanın üzərində Omega Seamaster Planet Ocean saatı və İL'Azero idman geyimidir.
Həyatımın ən vacib anları ölkəm üçün qızıl qazandığım izzət anlarıdır. 2015-ci ildə Avropa Oyunlarında birinci oldum və tarixə öz adımı yazdım. Rəqibim o zaman bir Yunan idi. Zəfərim şərəfinə himn səslənəndə hiss etdiklərimi izah edə bilmərəm... İdmançıların bu anda nə hiss etdiklərini başa düşmək üçün idmançı olmaq və qalib gəlmək lazımdır.
Son iki ildə 3 əməliyyat keçirdiyim üçün 2021-ci il Olimpiya Oyunlarına qatıla bilməyəcəyimə görə çox təəssüflənirəm. Bu, karatenin ilk dəfə olimpiya idman növləri siyahısına daxil olmasıdır və bir daha olmaya bilər.
Ancaq həyat bununla bitmir. Dünya və Avropa çempionatlarından kifayət qədər medallarım var.
Mənim çox hədəflərim var. Allahın köməyi ilə, mən onlara çatanda biz sizinlə yenidən görüşəcəyik!
Kəramət Hüseynov
Azərbaycanlı cüdoçu. Azərbaycan cüdo yığma komandasının üzvü, 2021 Dünya çempionatının və 2021 Avropa çempionatının bürünc mükafatçısı. Hal-hazırda Tokio 2021 Olimpiadasına hazırlaşır.
Kəramətin üzərində Omega Seamaster Planet Ocean saatı və İL'Azero idman geyimləridir.
Həyatımın ən dəyərli anlarını Avropa və Dünya çempionatlarının rinqlərində keçirmişəm.
Mənim üçün hər qələbə imkanlarımın sübutudur. Özümə inamım hər dəqiqə artır.
Həyatımın hər dəqiqəsini qiymətləndirirəm. Demək olar ki, idmançıların boş vaxtları yoxdur. Və yarandığı halda, onu yuxunu bərpa etmək üçün istifadə edirik.
İndi Tokio Olimpiadasında şərəfimə Azərbaycan bayrağının dalğalanacağı və ölkəmizin himninin səslənəcəyi dəqiqəni xəyal edirəm!
Azərbaycan idmançılarına Tokioda keçiriləcək Olimpiya Oyunlarında uğurlar və yeni qələbələr arzulayırıq!
Dəqiqənin dəyəri layihəsində təqdim olunan saatlar Glampire butikində təmsil olunan Omega brendi tərəfindən təmin edilmişdir və həmçinin bu saatlar 1909-cu ildən bəri Olimpiya Oyunlarının Rəsmi xronometristi hesab olunurlar.
Ünvan: Rəşid Behbudov küç., 21C.
Telefon: +99451 201 92 93
Geyimlər Azərbaycanın ilk idman geyim brendi İL'Azero tərəfindən təmin edilib.
Reklam hüququnda