Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

S.Xankişiyeva11:00 - 01 / 07 / 2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə hazırda icra edilən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, həmin ərazilərdə mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib və müzakirələr aparılıb.

İclasda hazırda icra edilən strateji əhəmiyyətli infrastruktur layihələrinin keçdiyi ərazilərin minalardan təmizlənməsi məsələləri xüsusi olaraq müzakirə edilib, bu istiqamətdə görülən işlər barədə məlumatlar dinlənilib, qarşıya çıxan problemlər və onlardan çıxış yolları barədə təkliflər səsləndirilib.

Bununla yanaşı, icrasına başlanan və planlaşdırılan layihələr üzrə layihə smeta sənədlərinin hazırlanması, müvafiq qaydada razılaşdırılması, infrastruktur layihələri altına düşən torpaq sahələrinin və obyektlərin layihə smeta sənədlərində müvafiq qaydada nəzərə alınması məsələləri müzakirə edilib.

İclasda, həmçinin mövsümlə əlaqədar havaların isti keçməsi səbəbindən işğaldan azad edilmiş ərazilərdə layihələri icra edən qurumlar və podratçı təşkilatlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Paylaş:
333

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər