Fəxrəddin Altundan çıxışını silən “YouTube”a REAKSİYA
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Şəhid Diplomatlar” sərgisindəki çıxışının "YouTube" tərəfindən “nifrət nitqi” bəhanəsi ilə silinməsinə reaksiyasını bildirib.
1news.az xəbər verir ki, F.Altun "Twitter" hesabındakı paylaşımında "Youtube" tərəfindən silinən çıxışına yer verib.
“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, “Şəhid Diplomatlar” sərgisindəki çıxışım "YouTube" tərəfindən senzuraya məruz qalıb. Çıxışda guya nifrət nitqi varmış. Xahiş edirəm dinləyin və özünüz qərar verin. Bu ikili standartdır, bu riyakarlıqdır. İslama və müsəlmanlara qarşı nifrət nitqinə məhəl qoymayan, terror təşkilatlarının təbliğatına asanlıqla yer verən YouTube türk diplomatlarımızı şəhid edən qatil terrorçular haqqında söylədiklərimizi nifrət cinayəti (?) sayır.
Xoşunuza gəlsə də, gəlməsə də hər fürsətdə terrorizmin dilinin, dininin və irqinin olmadığını söyləyəcəyik. Hər sahədə olduğu kimi media və rabitə sahəsində də yerli və milli platformalara ehtiyacımız olduğunu bir daha gördük. Yaşasın həqiqət!”, - deyə o qeyd edib.