Jalə Əliyeva: Prezident İlham Əliyev uzaqgörən, son dərəcədə balanslaşdırılmış siyasəti, müdrik addımları ilə tarix yazır | 1news.az | Xəbərlər
Siyasət

Jalə Əliyeva: Prezident İlham Əliyev uzaqgörən, son dərəcədə balanslaşdırılmış siyasəti, müdrik addımları ilə tarix yazır

11:19 - 04 / 07 / 2021
Jalə Əliyeva: Prezident İlham Əliyev uzaqgörən, son dərəcədə balanslaşdırılmış siyasəti, müdrik addımları ilə tarix yazır

“…Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir…”.

Bu fikirlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, qurucu, yaradıcı, xilaskar lider İlham Əliyevə məxsusdur.

On səkkiz illik tarixi iqtidarlığı, hakimiyyəti dönəmində Azərbaycanı hər bir sahə, hər bir parametr üzrə yüksəklərə qaldıran, inkişafdan-inkişafa, qələbədən-qələbəyə, zəfərdən-zəfərə doğru aparan ölkə Prezidenti uzaqgörən, son dərəcədə balanslaşdırılmış siyasəti, müdrik addımları ilə dastan, tarix yazır və yaradır.

Dünyada hələ də maliyyə-iqtisadi kataklizmlərin davam etməsinə, “gizli düşmən” kimi tanınan koronavirus pandemiyasının bütün dağıdıcı təsirlərinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətli, dinamik inkişafını qoruyub-saxlayır, istər transmilli, istər regional, istərsə də yerli əhəmiyyətli layihələrin icrası uğurla davam etdirilir. Heç bir ləngimə yaşanmır, əksinə, irəliyə doğru inamlı addımlar atılır. Hər gün, hər həftə, hər ay edilən tarixi açılışlar, təməlqoymalar bunu bir daha sübuta yetirir. Necə deyərlər, görünən dağa nə bələdçi?! Azərbaycanın son illərdə həyata keçirdiyi ən önəmli layihələrdən biri də Ələt Azad İqtisadi Zonanın yaradılmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.

O deyib: “Artıq neçə illərdir ki, bu istiqamətdə müvafiq addımlar atılır, hətta ali qanunverici orqan olan parlament səviyyəsində də bu məsələnin hüquqi bazası yaradılıb. Cəmi bir-iki il əvvəl Milli Məclis tərəfindən geniş müzakirələrdən, fikir mübadilələrindən sonra bu istiqamətdə mütərəqqi qanun qəbul edilib. Bu prosesə Milli Məclis və parlamentarilər olaraq biz də töhfəmizi verməyə çalışmışıq. Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmiz üçün çox vacib və önəmli addımlardandır. Bu, iqtisadiyyatımızın inkişafı, yeni maliyyə mənbəyi, yeni iş yerləri, vətəndaşlarımızın işlə təmin olunması, rifahının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzu, imici üçün vacibdir. Azərbaycan bununla həm bölgədə, həm də bütün dünyada söz, nüfuz sahibi olduğunu bir daha isbatlayacaq. Bu, birmənalıdır, buna kimsənin şübhəsi olmasın!”.

Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak etdiyini bildirən J.Əliyeva deyib: “Prezident İlham Əliyev mərasim zamanı bildirdi ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Həmçinin diqqətə çatdırıldı ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələrin həyata keçirildiyini vurğulayan deputat bildirib ki, pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividentlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə imkan verəcək. Prezident İlham Əliyevin dediyi kimi, bu zonanın yaradılması ideyasının təməlində Azərbaycanın siyasəti dayanır.

“Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq” söyləyən dövlətimizin başçısının vurğuladığı kimi, nəticə etibarilə ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək, qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir.

“Məkan kimi niyə məhz Ələtin seçilməsinə gəlincə, ölkə Prezidentinin bildirdiyi kimi, bu ərazidə böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir”, - deyən deputat əlavə edib ki, təhlükəsizlik məsələsi də bu gün önəmli amildir. Məhz Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Həmçinin Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir. Bir ildən sonra zona investorları qəbul etməyə hazır olacaq. Əminik və görəcəyik ki, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbətin nədən getdiyini gözəl bilir. Ona görə, bu zonanın yaradılması, əminik ki, uğurumuzun növbəti addımı olacaq.

“Növbəti uğurun mübarək, Azərbaycanım!”, - deyə deputat fikirlərini tamamlayıb.

Paylaş:
480

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər