“Artsax” bitdi, İrəvan isə Türkiyənin nəzarətinə keçir - Rus ekspert | 1news.az | Xəbərlər
Siyasət

“Artsax” bitdi, İrəvan isə Türkiyənin nəzarətinə keçir - Rus ekspert

16:53 - 06 / 07 / 2021
“Artsax” bitdi, İrəvan isə Türkiyənin nəzarətinə keçir - Rus ekspert

Azərbaycan "arsax"ın utilizasiyası strategiyasını çoxdan hazırlayıb və artıq bu prosses sona yaxınlaşır. İrəvan isə bu barədə danışıqların mövcudluğunu imitasiya edir. Əslində, "arsax"la bağlı heç bir danışıq yoxdur. Bu mövzu bağlandı.

1news.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Aİİ İnstitutunun direktoru Vladimir Lepexin Ermənistan mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrəvan Qarabağa görə Azərbaycanla müharibə aparmaq niyyətində deyil:

"Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Aydındır ki, bu səbəbdən Rusiya İrəvana dəstək prosesinə qatılmayacaq. Nəticə etibarilə biz Ermənistanın "artsax" ideyasında tamamilə imtina etmək məcburiyyətində qalacağını görəcəyik. Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız bir istiqamətdə baş verə bilər: Bu ölkənin Türkiyənin protektoratına çevrilməsi".

1news.az

Paylaş:
542

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər