Corc Dik: İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib | 1news.az | Xəbərlər
Siyasət

Corc Dik: İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib

S.Xankişiyeva11:11 - 10 / 07 / 2021
Corc Dik: İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib

İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Çox şadıq ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə artıq bərpa edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Şuşada səfərdə olan İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik müsahibəsində deyib.

Səfir vurğulayıb ki, Şuşada olmaq onun üçün böyük şərəfdir. “2019-cu ilin sonunda Azərbaycana gələndə düşünməzdim ki, belə tezliklə Şuşada ola bilərəm. Bu gün biz buradayıq. Şuşada olmağıma, bu tarixi şəhərə səfər etməyimə görə çox şadam”, - deyə diplomat qeyd edib.

Paylaş:
509

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər