“Taliban” Əfqanıstan hökumətinə atəşkəs təklif edib
“Taliban” hərəkatı Əfqanıstan hökumətinə üç aylıq atəşkəs təklif edib.
1news.az bildirir ki, APA-nın “Pajhwok” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dohada “Taliban”la danışıqlarda iştirak edəcək hökumət nümayəndə heyətinin üzvü Nader Naderi Kabildə mətbuat konfransında deyib.
““Taliban” üç aylıq barışıq təklif edib, lakin qruplaşma daha əvvəl həbs olunan 7000 silahlının sərbəst buraxılmasını tələb edib. Bu, ciddi bir tələbdir. Artıq 5000 “Taliban” üzvünün həbsdən azad edilməsinin vəziyyəti yaxşılaşdırmadığını və hətta vəziyyəti gərginləşdirdiyini gördük”, - deyə o bildirib.
Mətbuat konfransı Əfqanıstan nümayəndə heyətinin danışıqlar üçün Dohaya səfərindən əvvəl keçirilib.
1news.az
784