Ermənistanda daha bir mer həbs olundu | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda daha bir mer həbs olundu

16:52 - 16 / 07 / 2021
Ermənistanda daha bir mer həbs olundu

Ermənistanın Sisian icmasının rəhbəri Artur Sarkisyan həbs olunub.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsinin Mətbuat katibi Vardan Tadevosyan açıqlayıb.

Məlumata əsasən, A. Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və fırıldaqçılıqda ittiham olunur.

Qeyd edək ki, Artur Sarkisyan "Ermənistan" seçki blokundan deputatlığa namizəd idi.

Hazırda Ermənistanda həbslər davam edir. Həbs olunanlar isə ölkənin keçmiş Prezidenti Robert Koçaryanı parlament seçkilərində dəstəkləyən şəxslərdir. "Ermənistan" seçki bloku öz nümayəndələrinə qarşı repressiyaların başladığını deyib.

1news.az

Paylaş:
1267

Son xəbərlər

Bütün xəbərlər