Azərbaycanın Pakistana yeni səfiri təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Pakistana yeni səfiri təyin edildi

S.Xankişiyeva17:54 - 16 / 07 / 2021
Azərbaycanın Pakistana yeni səfiri təyin edildi

Prezident İlham Əliyev X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Paylaş:
509

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər