Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı iki faiz artıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı iki faiz artıb – FOTO

S.Xankişiyeva10:55 - 23 / 07 / 2021
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı iki faiz artıb – FOTO

2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib: "Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir".

Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur: "Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir".

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər