“Tokio-2020”: Murad Fətiyev rəqibi görüşə çıxmadığı üçün səkkizdəbir finala yüksəlib | 1news.az | Xəbərlər
İdman

“Tokio-2020”: Murad Fətiyev rəqibi görüşə çıxmadığı üçün səkkizdəbir finala yüksəlib

S.Xankişiyeva09:14 - 27 / 07 / 2021
“Tokio-2020”: Murad Fətiyev rəqibi görüşə çıxmadığı üçün səkkizdəbir finala yüksəlib

“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb. On altıdabir final mərhələsində Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olub. Cüdoçumuzun rəqibi görüşə çıxmadığı üçün o, səkkizdəbir finala yüksəlib

Qeyd edək ki, cüdo komandamızın aktivində hələlik medal yoxdur. Cüdoçularımızdan ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) qazanıb – 5-ci yer.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

Paylaş:
697

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər