ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir - FOTO

S.Xankişiyeva14:33 - 29 / 07 / 2021
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir - FOTO

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında təsdiq olunmuş “Ştatla tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusunun və Oklahoma ştatının Milli Qvardiyasının müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığının yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.

Tərəflər Azərbaycan Ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonra nümayəndə heyətinin “N” hərbi hissəsinə ziyarəti təşkil olunub.

Qırx dörd günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçuların xatirəsinə salınmış guşə ziyarət olunub. General-mayor M.Tompson Fəxri ziyarətçi və qonaqlar kitabına ürək sözlərini yazıb.

Hərbi hissənin iclas zalında brifinq təqdim olunduqdan sonra nümayəndə heyəti “N” hərbi hissəsinin Əməliyyat İmkanları Konsepsiyasına (ƏİK) bəyan edilmiş bölmələrinin fəaliyyəti və onlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Paylaş:
458

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər