Ünvanlı sosial yardımın məbləği artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ünvanlı sosial yardımın məbləği artıb

S.Xankişiyeva09:50 - 04 / 08 / 2021
Ünvanlı sosial yardımın məbləği artıb

2021-ci ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 231,9 manatdan 259,3 manata çatıb.

Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % artım deməkdir.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyac meyarı 170 manatdır.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər