Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir | 1news.az | Xəbərlər
Dünya

Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir

16:09 - 11 / 08 / 2021
Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir

Qrenlandiyada havanın temperaturunun artması səbəbindən buz təbəqəsi sürətlə əriyir.

1news.az report.az-a istinadən bildirir ki, iyulun 28-dən bəri hər gün təxminən səkkiz milyard ton buz əriyib - bu, yay mösümündə gözləniləndən iki dəfə çoxdur.

Ötən çərşənbə günü - iyulun 28-də havanın rekord - 19,8 temperaturu qeydə alınıb. Ümumilikdə 2021-ci ilin yazında ada 100 milyard tondan çox buz itirib.

Qeyd edilir ki, əgər Qrenlandiyanın buz örtüyü tamamilə ərisə, dənizin səviyyəsi azı 6 metr artacaq. Nəticədə dünyanın sahilyanı şəhərləri su altında qalacaq, hərçənd onlar daim bu təhlükə ilə üz-üzədir.

1news.az

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər