Siciliyada meşə yanğını törətməkdə şübhəli bilinən çobanlar saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Siciliyada meşə yanğını törətməkdə şübhəli bilinən çobanlar saxlanılıb

17:50 - 16 / 08 / 2021
Siciliyada meşə yanğını törətməkdə şübhəli bilinən çobanlar saxlanılıb

İtaliyanın Siciliya adasında meşə yanğını törətməkdə şübhəli bilinən iki çoban saxlanılıb.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, çobanlar quru otlaq ərazini yandırarkən yaxalanıblar. Onların bölgədə davam edən meşə yanğınlarına səbəb olduqları iddia edilir.

Polisin yaydığı məlumata görə, yekunlaşan istintaq nəticəsində məlum olub ki, çobanlar öz heyvanları üçün quru otlaq ərazini yandırıblar. Onlar iyul ayından etibarən bölgədə baş verən ardıcıl meşə yanğınlarında şübhəli bilinirlər.

Prokurorluğun açıqlamasında çobanların məqsədinin yemə qənaət etmək üçün heyvanların otlaq sahəsini artırmaq olduğu bildirilib.

Xatırladaq ki, İtaliyanın Siciliya və Kalabriya bölgəsində yanğınsöndürənlər son günlərdə 500-dən çox böyük və kiçik yanğına müdaxilə ediblər. İyul ayında Sardiniya adasında baş verən meşə yanğınları nəticəsində yüzlərlə hektar yaşıllıq məhv olub.

Ekologiya Nazirliyinin məlumatına görə, İtaliyada meşə yanğınlarının 70 faizinə insanlar bilərəkdən və ya bilməyərəkdən səbəb olublar.

1news.az

Paylaş:
551

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər