Əfqanıstan Prezidenti Əşrəf Qaninin yeri məlum oldu | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstan Prezidenti Əşrəf Qaninin yeri məlum oldu

1news Redaksiyası17:58 - 18 / 08 / 2021
Əfqanıstan Prezidenti Əşrəf Qaninin yeri məlum oldu

Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qani və ailəsinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaçdığı açıqlanıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, BƏƏ-nin Xarici İşlər Nazirliyi açıqlama yayaraq Ə. Qaninin ailəsi ilə birlikdə bu ölkədə olduğunu təsdiqləyib.

Qeyd edək ki, Əşrəf Qaninin harada olması ilə bağlı müxtəlif fikirlər səslənirdi. Onun Tacikistana, Özbəkistana, Qətərə, yaxud da Omana qaçdığı söylənilirdi.

1news.az

Paylaş:
1119

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər