Tarixi Azərbaycan torpaqları və ya erməni kimliyi
"Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar".
Yaxın zamanlarda söylədiyi bu sitatı ilə Prezident İlham Əliyev bütünlükdə tarixi gerçəkliyi əks etdirməklə yanaşı, son 100 ildə, xüsusilə, 1988-1991-ci illərdə Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisindəki dədə-baba yurdlarından vəhşicəsinə qovulmuş soydaşlarımızın haqqını dilə gətirib.
Bəs tarix bizə Azərbaycan həqiqətləri haqqında nə deyir?
Tarixi sənədlərə nəzər saldıqda, əslində Azərbaycan ərazisinin indiki kimi 86 min deyil, 400 min kvadrat kilometrdən çox olduğunu görə bilərik. Çünki əvvəlki ərazilərimiz şimalda Dərbəndə, cənubda Həmədana, şimal-qərbdə isə indiki Gürcüstanın Borçalı mahalına qədər uzanırdı. Burada xüsusi qeyd etməli olduğumuz məqam isə indiki Ermənistan ərazisinin bütünlüklə qədim Azərbaycan torpaqlarının olmasıdır. Təəssüflər olsun ki, son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində torpaqlarımız parçalanmış, azərbaycanlılara qarşı davamlı şəkildə etnik təmizləmə aparılmış, ata-baba yurdlarından zorla köçürülərək didərgin salınmışlar. Hətta indiki Ermənistan torpaqlarının vaxtilə Azərbaycana məxsus olmasını itirmək üçün ermənilər buradakı türk yer adlarını tamamilə dəyişdirərək erməniləşdiriblər. Bu məkrli siyasətin nəticəsində toponimlərin saxtalığını və etnomədəni köklərinin olmamasını sübut etmək üçün Qafqaz hərbi dairəsinin topoqrafika şöbəsinin 1903-cü il tarixli xəritəsinə nəzər salmaq kifayətdir. Azərbaycan ərazilərində türk mənşəli yer adlarının dəyişdirilməsi bir neçə mərhələli həyata keçirilib. Əvvəla köçürmə siyasət başlanılıb, ardınca yerli əhali sıxışdırılaraq evlərindən çıxarılıb.
Qeyd edim ki, ermənilərin kütləvi surətdə torpaqlarımıza köçürülməsinə hələ Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra başlanılıb. Belə ki, İran və Türkiyədən gətirilən erməni ailələri azərbaycanlıları sıxışdırıb, qovaraq həmin əraziləri ələ keçiriblər. Daha sonra isə yer adları rəsmi şəkildə dəyişdirilib. Bu, bir faktdır ki, təkcə XIX əsrdə imperiya qüvvələrinin dəstəyi ilə 400 mindən artıq erməni başqa ərazilərdən Azərbaycana köçürülüb. Köçürmələrlə artan erməni sayının fərqini kiçik bir haşiəyə çıxaraq nəzər salaq. Hələ 1823-cü ildə çar Rusiyasının hakim dairələri Qarabağda əhalinin siyahıya alınmasını aparıblar. Məlum olub ki, Qarabağda cəmi 4 366 erməni var ki, bu isə ümumi sadəcə əhalinin 11, 7 faizini təşkil edir. Həmin dövürdə bu torpaqlarda azərbaycanlı ailələrinin sayı isə 15.729-ə bərabər idi. Bu da əhalinin sayının 88,34 faizi deməkdir.
Təbii ki, tarixi təhrif etmək və Azərbaycan torpaqlarının adlarını dəyişdirmək süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasətinin tərkib hissəsi idi. Hər zaman azərbaycanlılara qarşı xüsusi nifrəti ilə seçilən Ermənistan hökuməti təkcə 1935-ci ildə 29 rayonda 72 yaşayış məntəqəsinin adı dəyişdirilib. Bununla bağlı ABŞ tarixçisi Cozef Makkartinin "Türklər və ermənilər" adlı əsərində faktlar yer alıb. Əsərdə deyilir ki, Ermənistan adlanan coğrafi ərazilər ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Çünki bu ərazilərin adı sırf türk adlarıdır. Ermənilər 1935-ci ildən planlı şəkildə bu adları erməniləşdirmiş və "Böyük Ermənistan" ideyasının həyata keçirilməsinə çalışmışlar.
Təəssüflər olsun ki, sonralar 1930-1940-cı illərdə ümumilikdə 130-a yaxın yaşayış yerinin adı Ermənistan SSR qanunverici orqanının qərarları ilə dəyişdirilib və zorla erməniləşdirilib. Bununla da ürəyi soyumayan ermənilər öz siyasətlərindən əl çəkməyərək 1960-1969-cu illərdə azərbaycanlılara məxsus 70-dək yaşayış yerinin adını da dəyişdirməyə müvəffəq olub. Nəhayət son belə qərar 1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanına ilə baş verib. Nəticədə azərbaycanlılara məxsus sonuncu 94 kəndin də adı erməniləşdirilib. Ermənistan bütün dövrlərdə toponimlərin dəyişdirdiklərini inkar etməyə çalışaraq, bu yerlərin ilk sakinlərinin ermənilər olduğunu dünyaya sübut etmək istəyib. Lakin Ermənistanın qanunverici orqanlarının rəsmi sənədlərində bu faktlar olduğu kimi qalır.
Oğurluq, qaraçı yaşam tərzi, qonşu torpaqlarına göz dikmə, insanlığa sığmayan qəddarlıq, vəhşilik, qaniçənlik, barbarlıq və s. bu kimi təsdiqini tapan və sadalaya biləcəyimiz bir çox "xüsusiyyət" sanki erməni xalqının canına-qanına hopub. Hətta tarixdən bizə bəllidir ki, ermənilər təkcə türklərlə deyil, eyni zamanda gürcülər, farslar, ruslarla da vuruşublar.
Tarixi saxtalaşdırmaq niyyətləri ilə ermənilərin dəyişdiyi ilk Azərbaycan torpağı qədim İrəvan olub. Vaxtilə Azərbaycan xanlığı olan İrəvana yiyələnmək niyyətləri erməni dövləti yaratmaq ideyası ortaya atıldıqdan sonra daha da daha kəskinləşib. Təbii ki, dövrün reallığını nəzərə alan Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyin zəruriliyini dərk edirdilər. Bu səbəbdən ermənilərin ərazi iddialarını bütünlüklə aradan qaldırmaq məqsədilə İrəvan onlara paytaxt kimi verildi. Bundan sonra İrəvanın adı Yerevan olaraq dəyişdirildi və bütün sənədlərə bu adla daxil edildi. Lakin hadisələrin sonrakı gedişatı, xüsusən Zəngəzurda baş verənlər göstərdi ki, erməni millətçiləri öz məkrli planlarından heç də əl çəkmək niyyətində deyillər. Bundan sonra 1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verildi. Qeyd edim ki, bu mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar olub. Qafan, Gorus, Qarakilsə, Mehri və Zəngilan, Qubadlı və Laçından ibarət Kürdüstan qəzasında 149 türk, 91 kürd kəndi var idi.
Bəli, məhz Azərbaycana məxsus yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilib və onlara erməni adları qoyulub. Bu adlardan bir neçəsinin necə dəyişdirilməsinə nəzər salaq: Zəngəzur (Sünik), Basarkeçər (Vardenis), Qarakilsə (Sisyan), Aşağı Qaranlıq (Martuni), Dilican (Tavuş), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Böyük Qarakilsə (Vanadzor), Keşişkənd (Yexeqnadzor), Zəngibasar (Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat qəsəbəsi), Qəmərli və ya Gözlü Kəmərli (Metsamor), Üçmüəzzin və ya Üçkilsə (Eçmiədzin), Alagöz (Araqats), Göyçə gölü (Sevan), Arpaçay (Axuryan), Sərdərabad (Armavir), Qırbulaq (Kotayk), Şörəyel (Şirak), Kərkibasar ( Araqaçotun) və s. Bunlar adları təhrif olunan yüzlərlə toponimlərimizdən sadəcə bir neçəsidir. Saxtalaşdırmaya aid ən sadə sübut bizim dildə bir mənası olan bu toponimlərin erməni dilində heç bir mənasının olmamasıdır. Hətta qədim Naxçıvan toponiminin türk mənşəli olmasını bilməyən yaxud qəbul etməyən həyasız ermənilər bu torpaqların da iddiasında olublar. Hətta yaxın keçmişdə ermənilər Moskvada 4 hektar ərazidə "Yeni Naxçıvan" kilsəsi tikdilər. Bununla onlar dünyaya Naxçıvanın da ermənilərin əlindən alınmış öz torpağı olması yalanına inandırmağa siyasəti yürüdüblər. Azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımlarla insanlıq tarixinə qara ləkə olan ermənilər, hətta ata-baba yurdumuzdakı mədəniyyət abidələrini də dağıdaraq məhv edib, yaxud saxtalaşdırmağa cəhd edib.
İkinci Qarabağ müharibəsinin rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində qələbə ilə bitməsindən sonra, işğaldan azad dilən torpaqlarımızdakı mədəni abidələr erməni kimliyini açıq-aşkar bəyan edir. Xüsusilə ermənilərin onlara aid olduğunu iddia etdikləri Kəlbəcər rayonundakı Xudavəng monastrı ilə bağlı bütün izlər bu abidənin onlara məxsus olmadığını göstərir. Bu torpaqlarda hələ xristianlığa qədərki dövrdə də məbədlər olub. Xudavəng monastrı isə xalqımızın etnogenezində mühüm rol oynamış xristian albanlarına məxsusdur. Kilsənin adının guya erməni dilində təpə mənasını verən "xota" ilə əlaqələndirməklə ermənilər yenə də tarixi saxtakarlığa yol veriblər. Ancaq ad bugünkü adı kimi Xudavəngdir. Xuda/Quday isə xristianlığa qədərki dövrdə Turan ellərində "tanrı, yaradıcı" mənasında işlədilib. Qəribə səslənsə də, ermənilər bu haqdakı digər bir sərsəm iddialarını 2007-ci ildə apardıqları qazıntı işləri ilə özləri ifşa edib. Belə ki, qazıntılar zamanı xüsusi oturacaqlarda oturan formada heykəllər aşkarlanıb. Həmin vaxt ermənilər özləri etiraf etmişdi ki, bu cür heykəllər erməni xristianlığına xas deyil. Tarixi Xudavəng monastrını saxtalaşdırma cəhdlərindən daha bir nümunə isə, müharibədən sonra Kəlbəcəri tərk edən ermənilərin monastrdan açıb apardıqları kilsə zəngi ilə bağlıdır. Qeyd edim ki, həmin zəng 2005-ci ildə oraya asılıb. Belə ki, ermənilər 2004-cü ildən etibarən erməni əsilli amerikalı iş adamı Adel Hovnaniyanın vəsaiti hesabına bu məbəddə də saxtalaşdırma işlərinə başlayıblar. Həmin kilsə zəngi də bərpadan sonra məqsədli şəkildə asılıb ki, monastrda "qədim erməni izi" var.
Ancaq bu hiyləgər ermənilərin nə ilk, nə də son saxtalaşdırma siyasətidir. Bu xəstə amal uğrunda hər şey etməyə və olmayan tarixi köklərini bu gün özləri yaratmağa çalışan Ermənistanın "tarix" istehsal edən emalatxanası da fəaliyyət göstərib. Həmin emalatxanada erməni ustaları özlərinə "qədim və əzəmətli tarix" yaratmaqla məşğul idilər. Onlar daşların üzərində xaç işarələri ovub, qədim hərflər cızaraq formaya salıb, daha sonra isə bir müddət sirkə turşusunda saxlayıblar. Beləliklə turşunun təsiri ilə rəngini dəyişən daşlar köhnə görünüş alır və qısa müddətdə "qədim" tarixi nümunələrə çevrilirdilər. Təbii ki, yaradılan "sənət nümunələri" işğal edilmiş bütün Azərbaycan ərazilərinə yayıb və həyasızca Qarabağ torpaqlarının erməni ərazisi olması iddialarını dünyaya "sübut etməyə" cəhd etmişlər. Təəssüflər olsun ki, ermənilər güclü təbliğat işləri aparmaqla, bizə gülməli gələn bu əldəqayırma abidələri xarici mətbuata öz "qədim" tarixləri kimi yaya biliblər. Hətta onlar bu planlarını həyata keçirmək üçün ideoloji mühit yarada və ictimai fikir formalaşdıra biliblər. Ən ağlasığmazı isə zaman keçdikcə uydurduqları yalana özlərinin də inanmağa başlamasıdır. Bu təfəkkür hələ XIX əsrin sonlarında alman psixiatr Emil Krapelin tərəfindən kəşf edilən "erməni şizofreniyası" xəstəliyinin əlamətləridir. Görünən odur ki, iki əsr keçməsinə baxmayaraq xəstəlik sağalan deyil və getdikcə daha müxtəlif simptomları özündə biruzə edir.
Ancaq xəstələri olduğu kimi qəbul etmək və irəli baxmaq lazımdır. Necə ki, Azərbaycan güclü və məqsədli Ali Baş Komandanın başçılığı ilə Müzəffər Ordusu sayəsində ən yeni tarixə öz adını qalib kimi yazdıra və regionun yeni gerçəkliyini formalaşdıra bildi. İndi isə tarixi həqiqətləri doğru-düzgün dünyaya çatdırmaq və dayanmadan, əzmlə azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun özünə qayıdışı üçün çalışmaq lazımdır. Çünki bu torpaqların əsl sahibləri qayıdıblar. Əllərindəki silah və bayraq, qəlblərindəki Vətən sevgisi onları bütün tarixi Azərbaycan torpaqlarına qovuşduracaq!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev