Fərid Şəfiyev “erməni abidələrinin dağıdılması” ilə bağlı ittihamlara cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Fərid Şəfiyev “erməni abidələrinin dağıdılması” ilə bağlı ittihamlara cavab verib

S.Xankişiyeva16:56 - 26 / 08 / 2021
Fərid Şəfiyev “erməni abidələrinin dağıdılması” ilə bağlı ittihamlara cavab verib

Avqustun 25-də Ermənistan Xarici İşlər Nazirliyi erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində YUNESKO-nun missiyasının həyata keçirilməsinin vacibliyinə dair əsassız bəyanatla çıxış edib və Azərbaycanı məqsədyönlü şəkildə erməni abidələrini dağıtmaq və məhv etməkdə ittiham edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu məsələyə münasibət bildirib. Şərhdə bildirilir: “Ermənistan XİN bəyanatında “Silahlı münaqişələr zamanı mədəni irisin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına istinad edir. Lakin qeyd etmək lazımdır ki, 30 illik işğal müddətində Ermənistan tərəfi Azərbaycan irsinə məxsus 100 mindən çox artefaktın qorunduğu 22 muzey, 4,6 milyon kitabın saxlanıldığı 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası, 808 əyləncə məkanı, o cümlədən 67 dini abidələrdən 63-nü məhv edib.

Bununla yanaşı, Ermənistan tərəfdən Azərbaycan mədəniyyət abidələrinin saxtalaşdırılması və özününküləşdirilməsinə və daha əvvəl işğal altında olmuş ərazilərdə qanunsuz qazıntı işlərinin aparılmasına cəhdlər edilib. Buna 2021-ci il fevralın 20-də İkinci Qarabağ Müharibəsi zamanı Şuşadakı xalça muzeyindən çıxarılmış xalçaların Yerevanda təşkil edilmiş sərgisini misal göstərmək olar. Ermənistan tərəfinin bu addımı YUNESKO-nun “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəniyyət abidələrinin vəziyyətinə dair daha ətraflı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin hazırlığı xüsusi hesabatda tanış olmaq mümkündür. (https://aircenter.az/uploads/files/Cultural%20Appropriation.pdf )

Yuxarıda qeyd edilənlərlə yanaşı, Ermənistandakı indiki və əvvəlki hakimiyyət 1988-1989-cu illərdə bu ölkədən qovulmuş azərbaycanlılara məxsus mədəni irsi mütəmadi olaraq məhv ediblər. Məscidlər, qəbiristanlıqlar və digər mədəniyyət abidələri dağıdılıb. Bununla əlaqədar YUNESKO əsrlərlə azərbaycanlıların yaşadığı müasir Ermənistana da missiyanın göndərilməsi imkanını nəzərdən keçirməlidir.

Müstəqillik qazandığı ilk gündən Azərbaycan dünyaya multikultural dəyərlərə sadiqliyini nümayiş etdirib. Uzun illər ərzində Azərbaycan YUNESKO-nun bütün dünyada dini irsin bərpası proqramında iştirak edib. 1990-ci illərdəki xaos zamanı zərər görmüş Bakıdakı erməni kilsəsi tam olaraq bərpa edilib və hazırda 5000 vacib erməni əlyazılarının saxlanıldığı kitabxanaya kimi fəaliyyət göstərir. Burada qeyd etmək yerinə düşər ki, vaxtilə azərbaycanlıların dini ayinlərini həyata keçirdikləri və Yerevanda fəaliyyət göstərən yeganə məscid Ermənistan rəhbərliyi tərəfindən İran mədəniyyət irsi kimi təqdim edilir.

Prezident İlham Əliyev bu günlərdə BMT-nin ölkəmizə yeni təyin olunmuş rezident-əlaqələndiricisi ilə görüşündə vurğulayıb ki, 30 il müddətində YUNESKO-nun nümayəndələri Azərbaycanın çoxsaylı müraciətlərinə məhəl qoymayaraq Azərbaycanın daha əvvəl işğal altında olmuş ərazilərinə səfər təşkil etməyib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan müharibədən sonrakı indiki dövrdə Ermənistan tərəfinə görə təxirə salınmış bu səfərə hər zaman hazırdır. Bu baxımdan Ermənistan XİN-in Azərbaycan tərəfinin öz ərazisində YUNESKO-nun missiyasının fəaliyyət göstərməsinə mane olmasına dair bəyanatı əsasızdır.

Yuxarıda qeyd olunan faktlar Azərbaycanın YUNESKO ilə əməkdaşlıq etməyə hazır olduğunu göstərir və sübut edir ki, digər dini konfessiya və mədəniyyətlərə məxsus abidələr kimi, Azərbaycan ərazisindəki erməni mədəniyyət abidələri də qoruma altındadır.

Paylaş:
525

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər