Çarəsiz ana: Elmirin o qədər canı ağrıyır, deyir ki, ay ana kaş komaya düşəydim, bir az ağrılarımı hiss etməzdim – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çarəsiz ana: Elmirin o qədər canı ağrıyır, deyir ki, ay ana kaş komaya düşəydim, bir az ağrılarımı hiss etməzdim – FOTO

09:21 - 15 / 09 / 2021
Çarəsiz ana: Elmirin o qədər canı ağrıyır, deyir ki, ay ana kaş komaya düşəydim, bir az ağrılarımı hiss etməzdim – FOTO

Bu gün 1news.az-ın redaksiyasına 14 yaşlı Elmir Abdullayevin anası müraciət edib. Çarəsiz ana son ümidini toplayaraq oğlunun xəstəliyindən, 4 ildə yaşadığı maddi-mənəvi iztirablardan, təkbaşına apardığı həyat mübarizəsindən danışdı.

“İnanıram gec olmadan bir qoroyucu mələk oğlumu xilas edəcək. Bir ana kimi bu sətirləri oxuyan hər kəsə yalvarıram ­- gec olmadan oğluma köməklik göstərin. Oğlum 4 ildir ki, Belarusiyada Uşaq Onkoloji Xəstəxanasında müalicə alır.

Bu vaxta qədər biz bacardığımız qədər öz gücümüzlə, öz maddi imkanlarımızla onu müalicə etdirdik. Artıq evimizdə satılası heç nəyimiz qalmayıb. Çox xahiş edirəm, müalicənin dayanmaması üçün oğlumun köməyimizə çatın” – Elnarə xanım boğazını qəhər boğa-boğa həyatın ağır sınaqlarından bəhs etməyə başladı.

Elnarə xanım 4 ildir ki, amansız xəstəliyə düçar olmuş oğlu Elmirlə təkbaşına mübarizə aparır:

“Əslən Kürdəmirin Yenikənd kəndindənik. Yoldaşım ailə qurmadan əvvəl də Rusiyada yaşayırdı. İki oğlum var. Elmirin 10 yaşı olanda bu xəstəlik ortaya çıxdı. Həkimlər ona Kəskin Lenfoblastik Leykemiya (qan xərçəngi) diaqnozunu qoydular. Dedilər Belorusiyada bu xəstəliyinin müalicəsi daha yaxşıdır. Ona görə uşağı oraya apardıq. Əvvəllər imkanımız azdan-çoxdan vardı. Öz gücümüzlə Moskvada, Belorusiyada müalicə etdirdik. İndiyə qədər 70 min dolları öz gücümüzlə uşağım üçün xərcləmişik. Müalicələr yaxşı gedirdi, kimya terapiya müsbət nəticlər vermişdi. Lakin kimya terapiya başa çatan kimi, xəstəlik yenidən qayıtdı.

Belorusiyada Almaniya Fondu var. Dost-tanış məsləhət gördü ki, oraya müraciət etdikdə 10 min avro yardım edirlər. Biz də müariət etdik, yardım aldıq, müalicəni davam etdirdik. Xəstəxanaya 15 min dollar borcumuz olduğu üçün müalicə yarımçıq saxlanıldı. Bu, məni də, oğlumu da çox məyus etdi.

Moskvada yaxşı idi, Morozovski Uşaq Xəstəxanasında həkimlər xəstəliyin qayıdışı ilə bağlı ilik köçürülməsini dedilər. Allahın nəzəri həmişə üzərimizdə olub. O xəstəxanda da azərbaycanlı həkimiz Günay Nərimanzadənin bizə hər çür köməkliyi oldu. Sadəcə bu cür xəstələrin həkimlərə inanması çox yaxşı nəticə verir. Elmir Belorusiyadakı həkiminə çox inanırdı, ona görə yenidən oraya qayıtmalı olduq. Həm də əlimizdə pulumuz qalmamışdı. Belorusiya xəstəxanasında dedilər ki, bura gəlsəniz, sizə yardım edəcəyik. Həm uşağa görə, həm də pula görə yenidən buraya qayıtmalı olduq”.

Elnarə xanım Belorusiya qayıtdıqdan sonra yoldaşının onları ataraq, illərdir qeyri-rəsmi yaşadığı arvadının yanına getməsindən, yaşadıqları azmış kimi, həyatın ikinci zərbəsindən danışdı:

“Belorusiya qayıtdıqda maşınımız vardı onu satdıq. Sümük iliyi transplantasiyası (ilik köçürülməsi) əməliyyatı ilə bağlı öyəndim ki, ata, ana, qardaş da donor ola bilər. Ona görə yoldaşıma dedim bir neçə ay içki içmə, çünki o, içki düşkünüdür. Bəlkə uşağa donor ola bildik. Təəssüf ki, buraya gələn kimi, o bizi atıb, o biri qeyri-rəsmi yaşadığı yoldaşının yanına getdi. Nə zənglərimizə, nə mesajlarmıza cavab vermir, uşaqla maraqlanmır. Bu da bizə olduqca ağır zərbə oldu, xüsusilə də Elmir bundan çox məyus oldu. Xəstəliyindən şikayət etmir, amma çox fikir edir ki, atam bizi niyə atdı? Ona deyirəm sənin anan var, səni xilas edəcəm.

Şükürlər olsun ki, Belorusiya çox ağır kimya terapiyalardan sonra həkimlər dedi ilik köçürülməsinə ehtiyac yoxdu. Həmin kimya terapiyalar o qədər ağır idi, Elmir 3 ay çarpayıdan qalxa bilmirdi, fiziki terapiya, masajlar vasitəsilə birtəhər onu ayağa qaldıra bildirdik”.

Çarəsiz qalan ana hər yerə, hər şeyə əl atır. Hətta həkimlər qadağa qoymasına baxmayaraq Belorusiyanın prezidenti Lukoşenkoya məktubla müraciət edir:

“Belorusiyanın prezidenti Lukoşenko Yeni il bayramı ərəfəsində xəstə uşaqlarla görüşə gələndə ona gizli məktub da verdim. Əvvəlcə istədim bişirdiyim kökələrdən prezidenti qonaq edim, həkimlər dedi olmaz, buna icazə yoxdur. Məktub yazıb, qarnımda gizlətdim. Görüş zamanı məktubu prezidentə verdim. Həkimlər bunu görcək məni danladılar. Dedim mən çarəsiz anayam, hara gəldi, nəyə gücüm çatdı balam üçün etməliyəm. Balam üçün hər şey edəcəyəm.

Hətta ordakı həkimlər mənə dedilər ki, bəs öz ölkəniz niyə sizə yardım etmir? Dedim indi bizdə (ötən il, Vətən müharibəsi ərəfəsi idi) müharibə gedir, ölkəmdəkilərin başı qarışıqdır. İstəmədim Azərbaycanın adına nəsə söz gəlsin.

Həmin məktubdan cavab gəldi ki, müəyyən güzəştlər olunacaq. Sadəcə burada pulsuz müalicə olunmaq üçün daimi yaşayış hüququ olmalıdır. Çünki Belorusiyada belə xəstə uşaqlar pulsuz müalicə olunur. Bu ərəfədə Azərbaycanın diaspora nümayəndələri bizə köməklik göstərdilər ki, məktub öz təsdiqini tapsın ki, daimi yaşayışı olan uşaqlar kimi Elmir də pulsuz müalicə olunsun, təəssüf ki, alınmadı. Bizə dedilər ki, elə bu məktuba görə sizə lazımi güzəştlər olunub. Xəstəxandan bizə bidirdilər ki, güzəştlər olunduqdan sonra 15 min dollar borcumuz qalıb. Həmin ərəfədə 5 min dolları güclə tapa bildik, bir müddət müalicələri davam etdirdik. Sonra şüa terapiya lazım idi. Bunun üçün 20 min dollar borcumuz yığıldı. Bu səbəbdən də müalicə yarımçıq qaldı. Elmirə hələ 2 il bundan sonra da kimya terapiya lazımdır.

4 ildir ki, kimya terapiya olunduğu üçün Elmirin bədənində fəsadlar yarandı, sümüyü çox zədələnib, inkişafdan qalıb, bir də böyrəklərində qansızma yaranıb. Həkimlər 4 aydır ki, böyrəklərdəki qansızmanın qarşısını ala bilmirlər. Gecə-gündüz dua edə-edə qalmışam, bilmirəm nə edim.

İndi hazırda ev şəraitindəyik. Sadəcə xəstəliyin dəstək - kimya və şüa terapiyadan sonrakı dövründəyik. Xəstəxana özü çağırır, müəyyən müalicələr davam etdirilir. Müəyyən kimyalar var ki, biz onu özümüz sifarişlə Almaniyadan gətizdiririk. Həmin dərmanların dəyəri 100 avro edir.

İnanın Allaha, hətta faizlə də pul götürüb xəstəxanaya olan borcu bağladım. Sadəcə bundan sonra üçün 18 min dollar müalicələrə pul lazımdır və hər ay Almaniyadan sifarişlə kimyalar gətizdiririk, artıq onlara pulumuz çatmır. Hələ evin kirayəsini, gündəlik dolanışığımızı nəzərə almıram. O qədər çarəsiz vəziyyətdəyəm, hər şeyi unutmuşam, sadəcə Elmiri düşünürəm.

Qardaşım 2 ildir ki, bizimlədir. O, ailəlidir, 3 uşağı var. Qardaşımın da əlində nəsə qalmayıb. O, bir müddət taksi sürücüsü kimi işlədi, yayda yolun kənarında meyvə-tərəvəz satır, əlindən gələni edir. Deyir heç olmaya özümüzü birtəhər dolandıraq. Qazandığı qəpik-quruşdan həm öz ailəsinə göndərir, həm də bizə dəstək göstərir. İnanın, cəhənnəm əzabı çəkirik.

Bank hesabları açdırmaq fikrimiz də yox idi. Sadəcə əlimizdə olanları satdıq, ona görə çarəsiz qaldım. Dost-tanış məsləhət gördü ki, sosial şəbəkələrdə Elmirin adına səhifə açaq, bank hesabı yaradaq. Kart açdırdıq, elə dost-tanış özləri yaxın zamanda 3 min dollara yaxın pul göndərdi. Ordan cəmi 500 dollar çıxara bildik. Kartımız oğurlandı. Onun da şokunu yaşadıq. Gördük maddi cəhətdən çatdıra bilmirik, yenidən kart hesabları açdırmalı olduq.

Bu yaxınlarda “heyatol” səhifəsi Elmirdən paylaşdı. Tanımırıq kimlərdi. Bir günün içində 1000 dollardan çox pul yığıldı. Onlara təşəkkürümüzü bildirdik. Amma artıq hesabda pul yığılmır.

İnanın, ötən il müharibə ərəfəsində gördüm neçə-neçə oğullarımız şəhid oldu. Əlimi hər şeydən üzdüm. Hər şeyə göz yumdum ki, nə olacaqsa olsun. Amma anayam, göz görə-görə övladımın əlimdən getməsinə razı ola bilmədim. Hətta Elmirin o qədər canı ağrıyırdı ki, deyir ki, ay ana kaş komaya düşəydim, bir az ağrılarımı hiss etməzdim. Ona görə məcbur olub bu hesabları açdıq.

Başımı itirdim bilmədim nə edim, gecə-gündüz əlim hara çatır səhiflərdə paylaşıram ki, səsimizə səs verən olsun. Buraya qədər öz gücümüzlə etdik, artıq bundan sonrakı müalicələrə maddi cəhətdən çatdıra bilmirik.

Demişəm ki, Elmir dilənsəm də sənə kömək edəcəyəm, səni bu xəstəlikdən xilas edəcəyəm.

Uşağın adına sosial şəbəkələrdə səhifə açdım, hara gəldi yazıram ki, balamı bu xəstəliyin pəncəsindən xilas edim. Bir müddət çörək, lavaş, kökə bişirdim satdım. Amma bundan lazımi məbləği toplaya bilmədim, çox az pul əldə edə bildim. Həm də kirayə yaşadığımız üçün ev sahibi işığın çox istifadə olunmasından gileyləndi ki, kirayəhaqqını artıracağam. Təkbaşına qalmışam, çox çətindir.

Böyük oğlumu Azərbaycanda qoyub gəlmişdik. Balalarımın hər ikisi savadlıdır. Elmirə görə o oğlumla da maraqlana bilmədim, balamın üzünü görmürdüm. Elə bu 4 ildə gah nənəsigildə, gah da bibisigildə qala-qala bu il 530 bal ilə Azərbaycan Dövlət İqtisad Universitetə pulsuz əsasda qəbul olub. Ona dedim, ay bala nəyin bahasına olursa-olsun səni oxudacağam, çünki son dayaq yerimiz sənsən.

Elmir balamız da bütün uşaqlar kimi yaşamaq, gələcəkdə Vətəni Azərbaycan üçün faydalı vətəndaş olmaq istəyir. Onun balaca qəlbində minlərlə arzuları var. El arasında belə bir deyim var: “Əl tutmaq Əlidən (imam) qalıb”. Xeyirsevər xalqımız hər zaman yardıma ehtiyacı olana yardım etməyi sevib. Xalq olaraq düşdüyümüz bütün çətinliklərdə bir olmağı bacarmışıq. Əminəm ki, Elmir balanın tezliklə sağalması üçün hər birimiz əlindən gələni əsirgəməyəcək.

Aşağıda Elmirin xəstəliyi ilə bağlı sənədlərin fotolarını və bank hesablarını paylaşırıq:

Anası - Babaşova Elnarə: (+375-25) 731-01-89.

WhatsApp (+7-916) 808-41-33.

Сбербанк: 4276 3800 4082 5619 Замиг Бабашов

Kapitalbank: 4169 7413 2453 5846 Vagif Babashov

Беларусьбанк: 9112 3800 0413 8337 Бабашова Эльнара

https://www.instagram.com/help_for_elmir_abdullayev/

Samirə Xankişiyeva

Paylaş:
3358

Son xəbərlər

Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:19Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33
Bütün xəbərlər