İran XİN: ABŞ-nin zərbələri atəşkəsi mənasız edir | 1news.az | Xəbərlər
Dünya

İran XİN: ABŞ-nin zərbələri atəşkəsi mənasız edir

First News Media14:32 - Bu gün
İran XİN: ABŞ-nin zərbələri atəşkəsi mənasız edir

İran ABŞ-nin ölkə ərazisinə hücumunu pisləyərək bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız etdiyini bəyan edib.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Nazirlikdən qeyd olunub ki, Birləşmiş Ştatların son saatlarda həyata keçirdiyi hücumlar nəinki açıq-aşkar pozuntudur, həm də atəşkəsi praktiki olaraq mənasız edir.

"Bu cinayət əməlinin son dərəcə ciddi nəticələrinə görə məsuliyyət Birləşmiş Ştatların rəhbərliyinin üzərinə düşür", - XİN-dən bildiriblər.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər