DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib
DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi də daxil edilib.
Eyni zamanda mediasiya xidmətlərinin təşkili də DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə olunub.
425