Bakıda mənzildə kişi meyiti tapılıb
Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqalədə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə tapılan meyit 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlu olub.
Bildirilib ki, hadisəyerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
561