Azərbaycanın Qırğız Respublikasına yeni səfiri təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Qırğız Respublikasına yeni səfiri təyin edildi

Qafar Ağayev16:28 - 06 / 10 / 2021
Azərbaycanın Qırğız Respublikasına yeni səfiri təyin edildi

Prezident İlham Əliyev L.S.Qəndilovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamına əsasən, Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər