Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandum təsdiqləndi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandum təsdiqləndi

Qafar Ağayev15:53 - 12 / 10 / 2021
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandum təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər