Mehriban Əliyeva Müstəqilliyin Bərpası ilə bağlı paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Müstəqilliyin Bərpası ilə bağlı paylaşım edilib.
1news.az paylaşımı təqdim edir:
"Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!"
503