Yaşayış minimumunun məbləği artırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yaşayış minimumunun məbləği artırılır

Qafar Ağayev12:16 - 27 / 10 / 2021
Yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

1news.az-ın məlumatına görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə məbləği 196 manat manat olub.

Paylaş:
668

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər