Azərbaycan boksçusu dünya çempionatında səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan boksçusu dünya çempionatında səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

Qafar Ağayev17:35 - 28 / 10 / 2021
Azərbaycan boksçusu dünya çempionatında səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

Bu gün Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

1news.az xəbər verir ki, mundialın dördüncü günündə rinqə çıxan boksçumuz Məhəmməd Abdullayev (+92 kq) litvalı rəqibi Yonas Yazeviçiuslə üz-üzə gəlib. On altıdabir final mərhələsi çərçivəsində keçilən görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb. O, səkkizdəbir final qarşılaşmasına oktyabrın 31-də çıxacaq.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

Paylaş:
702

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər