Azərbaycan və BƏƏ arasında hökumətlərarası komissiyanın iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və BƏƏ arasında hökumətlərarası komissiyanın iclası keçirilib - FOTO

Qafar Ağayev13:10 - 03 / 11 / 2021
Azərbaycan və BƏƏ arasında hökumətlərarası komissiyanın iclası keçirilib - FOTO

Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında hökumətlərarası komissiyanın iclası keçirilib.

1news.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır:

"Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl”enerji, kəndtəsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik".

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər