Siqaretin aksiz dərəcəsi artırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Siqaretin aksiz dərəcəsi artırılır

S.Xankişiyeva11:06 - 03 / 11 / 2021
Siqaretin aksiz dərəcəsi artırılır

Siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər