“Azərbaycanda Xəzərin külək potensialının istismarı üzrə yol xəritəsi hazırlanır” - Pərviz Şahbazov
"Azərbaycanda Xəzərin külək potensialının istismarı üzrə yol xəritəsi hazırlanır. Bunu biz Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırlayırıq".
1news.az xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, hərtərəfli bir yol xəritəsi olacaq.
“Bunun əsas məqsədi ondan ibarət olacaq ki, Xəzərdəki külək enerjisinin potensialını istifadəsi necə mümkün ola bilər, həm iqtisadi, həm də texniki nöqteyi nəzərdən , kommersiya nöqteyi nəzərdən cəlbedici olması lazımdır ki, müvafiq investisiya layihələri bu istiqamətdə həyata keçirilə bilsin".
356