Səfir: Belarus Qarabağda nəqliyyat infrastrukturunun inkişafına dəstək göstərməyə hazırdır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səfir: Belarus Qarabağda nəqliyyat infrastrukturunun inkişafına dəstək göstərməyə hazırdır – FOTO

S.Xankişiyeva10:56 - 12 / 11 / 2021
Səfir: Belarus Qarabağda nəqliyyat infrastrukturunun inkişafına dəstək göstərməyə hazırdır – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-də Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsindən sonra aparılan genişmiqyaslı işlərdən danışıb, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb. Qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Stadler Minsk” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq məsələləri əsas müzakirə mövzularından olub. Qeyd edilib ki, ölkələrimiz nəqliyyat, o cümlədən dəmir yolu sahəsində ikitərəfli və çoxtərəfli şəkildə əlaqələri inkişaf etdirir. Cavid Qurbanov bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC 2015-ci ildən Belarusun aparıcı sənaye müəssisəsi və “Stadler” beynəlxalq konserninin bir hissəsi olan “Stadler MİNSK” QSC ilə əməkdaşlığa başlayıb. Şirkətlə 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, 10 ədəd FLİRT markalı sərnişin qatarının alınması nəzərdə tutulur. Bunlardan 4 ədədi dizel, 6 ədədi isə elektrik qatarlarıdır.

Həmçinin bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi sahəsində daşınan yüklərin həcminin artırılması məqsədi ilə 20, 40 və 45 futluq konteynerlərə, taxıl və taxıl məhsullarına, günəbaxan yağına, taxta yükünə, neft məhsullarına və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Astara ərazisindən daşınan bütün növ tranzit və ixrac yüklərinə güzəştli tariflər tətbiq edilib. MDB-yə üzv ölkələrin dəmiryol administrasiyaları tərəfindən 1993-cü il 17 fevral tarixində qəbul edilən Tarif Razılaşmasına əsasən, hər il keçirilən Tarif Konfranslarında Azərbaycan və Belarus nümayəndələri növbəti fraxt ili üçün qüvvədə olacaq tariflər barədə müzakirələr aparırlar.

Səfir Andrey Ravkov da öz növbəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi nailiyyətlərə toxunub. O, bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların qətnamələrini özü icra edərək 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünün bərpasına nail oldu. Diplomat işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı və sürətli bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyini, həmin bölgələrdə nəqliyyat infrastrukturunun inkişafına dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə dəmir yolu və nəqliyyat sektorunda qarşılıqlı əlaqələrin bundan sonrakı istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
498

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21
Bütün xəbərlər