Gürcüstan və Azərbaycan XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları - Ceyhun Bayramov və Ararat Mirzoyanla görüş keçirib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Məlumata əsasən, görüşlər "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçılarının Brüssel toplantısı çərçivəsində baş tutub.
Müzakirələr zamanı bölgədəki vəziyyət nəzərdən keçirilib.
D.Zalkaliani regionda sabitlik və sülhün gücləndirilməsinin və iki ölkə arasında gərginliyin deeskalasiyasının əhəmiyyətini vurğulayıb.
XİN başçısı bildirib ki, Gürcüstan regionda dayanıqlı sülh və sabitliyin möhkəmləndirilməsi prosesinə töhfə vermək üçün səylər göstərməyə hazırdır.
383