Prezident Banqladeşin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Banqladeşin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB

Qafar Ağayev14:18 - 23 / 11 / 2021
Prezident Banqladeşin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, səfir Qousal Azam Sarker əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin müdrik siyasətini yüksək qiymətləndirdiklərini vurğuladı. O qeyd etdi ki, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxşı siyasi dialoqun aparıldığını vurğuladı və Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilədək uzadılmasında Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin maraqlarının qorunması, COVID-19 ilə mübarizə, vaksinlərin ədalətli bölgüsü sahəsində fəal şəkildə böyük səylər göstərdiyini qeyd etdi.

Prezident İlham Əliyev tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsində həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın haqlı mövqeyinin Banqladeş tərəfindən dəstəkləndiyini yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı Qousal Azam Sarkerin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına və iqtisadi əməkdaşlığın prioritetlərinin müəyyənləşməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarker ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini dedi.

11:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Paylaş:
754

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər