Ceyhun Bayramov Argentinanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Argentinanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

S.Xankişiyeva09:03 - 24 / 11 / 2021
Ceyhun Bayramov Argentinanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

23 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfirin Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət mövqeyindən çıxış etdiyi bildirən nazir, ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Nazir, səfir Serxio Osvaldo Perez Qunellanın Azərbaycan üçün tarixi bir dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə, nəhayət ki, bölgədə davamlı sülh və əməkdaşlığın qurulması üçün fürsətin və yeni əməkdaşlıq imkanlarının yarandığını vurğulayıb və bu xüsusda, Azərbaycanın beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılması və revanşizmin qəbuledilməsizliyi ilə bağlı mövqeyini səsləndirib.

Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, ölkələrimiz arasındakı münasibətlərin inkişafından, o cümlədən pandemiyaya rəğmən ticarət əlaqələrində artımın müşahidə edilməsindən məmnunluqla bəhs edib. Fəaliyyəti müddətində iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi, habelə insanlar arasında təmasların yaradılmasına xüsusi önəm verdiyini söyləyən səfir, ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsində səylərin əsirgənilməyəcəyinə inam ifadə edib.

Tərəflər, həmçinin iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Paylaş:
373

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər