Rusiyanın “Kommersant” nəşri: İlham Əliyev əvvəl olduğu kimi, yenə müzəffər görkəmdə idi | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın “Kommersant” nəşri: İlham Əliyev əvvəl olduğu kimi, yenə müzəffər görkəmdə idi

S.Xankişiyeva16:14 - 27 / 11 / 2021
Rusiyanın “Kommersant” nəşri: İlham Əliyev əvvəl olduğu kimi, yenə müzəffər görkəmdə idi

Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə azərbaycanlı həmkarından tez gəlmişdi, lakin üçtərəfli danışıqlar başlanana qədər İlham Əliyevdən fərqli olaraq Paşinyanın Rusiya Prezidenti ilə ikitərəfli görüşü baş tutmadı.

Ola bilsin bu səbəbdən, üçtərəfli görüşün başlanğıcında Paşinyan barışmaz görünürdü. İlham Əliyev isə əvvəl olduğu kimi müzəffər görkəmdə idi və sərt sakitlik nümayiş etdirirdi.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən aldığı təəssüratları bu nəşrin oxucuları ilə bölüşüb.

Rusiya Prezidenti Vladimir Putinin dediyi “İkinci Qarabağ müharibəsindən sonra keçən bir il ərzində çox iş görülüb, rusiyalı sülhməramlılar və atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzi fəaliyyətdədir, ən başlıcası, gələcək normal dinc həyat üçün şərait yaradılır” sözlərini sitat gətirən müəllif yazır: “Vladimir Putin bütün bunları deyərkən həqiqətən Azərbaycan Prezidentinin tərəfində idi və bütövlükdə hər şey onu da qane edirdi, - Nikol Paşinyan haqqında isə bunu demək olmazdı. Müharibədə uduzmuş Paşinyan indi qalib gələnin yanında əyləşmişdi və bunu etməyə bilməzdi”.

Jurnalist yazır ki, Nikol Paşinyan görüşdə “kal səslə danışır, sanki içərisindəki faciəli emosiyaları zorla boğurdu”. A.Kolesnikov Paşinyanın “regionda qeyri-sabitlik olması” və “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə soxulması” barədə dediklərini şərh edərək yazır: “İlk baxışda bu sözlər nə barədəsə razılıq əldə etmək üçün gəlmiş insanın sözləri deyildi. Yaxşı ki, danışıqların digər iki iştirakçısı üçüncü iştirakçının belə vəziyyətdə olmasını əvvəl də görmüşdülər və başa düşürdülər ki, yarım saatdan sonra o, tanınmaz dərəcədə dəyişə bilər. Onun dediyi bütün sözlər alverçi mövqeyi idi və taleyin qismətindən o, həmin mövqeyə düzəliş etməlidir”.

A.Koleskinov sərhədlər mövzusu ilə əlaqədar Prezident Vladimir Putinin dediyi, “bu ilin sonuna qədər iki dövlət arasında sərhədlərin demarkasiya və delimitasiyası üçün mexanizm yaradılması barədə razılıq əldə edilməsi və bu mexanizmlərin yaradılması üçün heç bir maneə olmaması” sözlərini sitat gətirərək bildirir ki, tərəflər arasında razılıq əldə edilib və sərhəd hazırda qoşunların dayandığı xətt üzrə keçəcək.

Paylaş:
521

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər