Saakaşvili məhkəməyə çıxarılıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili məhkəməyə çıxarılıb - FOTO

12:04 - 29 / 11 / 2021
Saakaşvili məhkəməyə çıxarılıb - FOTO

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə məhkəmə iclası başlayıb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, iclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.

Müdafiə tərəfindən vəkillərlə yanaşı M. Saakaşvilinin anası Qiuli Alasanianın məhkəmə iclasında iştirakına icazə verilib. M. Saakaşvilinin vəkillərinin iclasın yerli telekanallar vasitəsilə canlı yayımlanması tələbi qəbul edilməyib. Ümumilikdə 5 ayrı iş üzrə ittiham edilən sabiq Prezident M. Saakaşvilinin öz məhkəməsində iştirakına ilk dəfə icazə verilir.

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər