Şəhidlər üçün “toy mərasimi” mənəvi dəyərlərlə ziddiyyət təşkil edən davranışdır - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Son günlər bəzi şəhid ailələrinin şəhid olan övladları üçün “toy mərasimi” keçirməsi və bu görüntülərin sosial şəbəkələrdə yayılması dəhşətli mənzərədir.
Nə olub? Bu ölkə indiyədək şəhidmi verməyib? Nə vaxt biz şəhidlərimizə belə münasibət görtərmişik?
90-larda 20 mindən artıq şəhid verib bu xalq, 2020-də isə 3 minə yaxın...
90-larda şəhid olanların torpaqları yağıya qalmışdı, onların əksəriyyəti əsir götürülərək minbir əziyyətlə öldürülmüşdülər.
İndisə qalibik, qürurluyuq. Şəhidlərimizin qanı yerdə qalmayıb, torpaqlarımız işğaldan azad olunub, millətimizin başı dikdir.
İndi şəhidliyin dəyəri də fərqli anlam kəsb edir, indi şəhid ailələrinə qayğı da bambaşqadır.
Bəs, nə baş verir?
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Şəhidlər üçün "toy mərasimi" mənəvi dəyərlərlə ziddiyyət təşkil edən davranışdır” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Razi Nurullayev - Milli Məclisin deputatı, Sevinc Orucova - şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" şəhid ailələrinə dəstək İB-nin sədri, Elyar İslamoğlu - şəhid mayor Vüsal Vəliyevin qardaşı və Tural İsmayılov - Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: