Qarabağın alban-qıpçaq tarixinə dair kitab nəşr olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağın alban-qıpçaq tarixinə dair kitab nəşr olunub

Qafar Ağayev15:08 - 02 / 12 / 2021
Qarabağın alban-qıpçaq tarixinə dair kitab nəşr olunub

Tarixçi-alimlər Ramin Əlizadə və Elnur Nəciyevin “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitabı nəşr olunub.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən 1news.az-a bildirilib ki, layihə rəhbəri və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur.

Yaqub Mahmudov kitaba yazdığı “Tarixi həqiqətə doğru gərəkli və uğurlu addım” adlı ön sözdə bu fikirləri bildirib: “Heç bir ilk mənbədə “Albaniya” sözünün önündə “Qafqaz” sözü yoxdur. Amma çar Rusiyası və sovet-bolşevik rejimi dövrlərində Azərbaycan Albaniya dövləti “Qafqaz Albaniyası” adı ilə təqdim edilib. Bundan başqa, o vaxt Albaniya tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarda “xristiandırsa türk deyildir” prinsipi də hakim mövqe tutub. Məqsəd isə aydın idi: Azərbaycan xalqının ulu babaları olan türk boylarının rolunu Albaniya tarixindən silib atmaq! Ovaxtkı saxtakarlığı hazırda erməni millətçiləri və onların havadarları davam etdirir və iddia edirlər ki, guya müasir Azərbaycan Respublikasının ərazisi tarixən Azərbaycana məxsus olmayıb. Həqiqət isə belədir: Azərbaycan Respublikası Albaniya dövlətinin tarixi varisidir. Bu ərazidə xalqımızın zəngin dövlətçilik tarixi var və biz burada Azərbaycan Xalq Cümhuriyyətini yaratmışıq. Ona görə də “Azərbaycan” və “Albaniya” sözlərini bir-birindən ayırmaq əsla qəbuledilməzdir! Və bu tədqiqat göstərir ki, Azərbaycan Albaniya dövlətinin tarixində mühüm rol oynamış xristian türk boylarının, o cümlədən qıpçaq türklərinin tarixinin daha dərindən araşdırılmasına böyük ehtiyac vardır”.

Yeni nəşrdə Qarabağın alban-qıpçaq tarixi ilə bağlı həm ziddiyyətli məqamlara aydınlıq gətirilir, həm də erməni saxtakarlıqlarına tutarlı cavab verilir. Nəşrə, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar daxil edilib.

Əsərdə sübut edilir ki, Qarabağın qədim alban-qıpçaq xristian abidələrinin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülüb gətirilmiş ermənilərə heç bir aidiyyəti yoxdur. Əsl həqiqət bundan ibarətdir ki, Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.

Kitabda qeyd edilir ki, alban-qıpçaq etnik-mədəni əlaqələri XII əsrdən etibarən daha sıx xarakter alıb. Xüsusilə də Alban-Xaçın knyazlarının onlara soykök baxımından qohum olan tanınmış qıpçaq nəsillərindən qız almaları bu əlaqələri daha da möhkəmləndirib. Maraqlıdır ki, xristian qıpçaq xatunlar Qarabağda da türklüklərini simvolizə edən xatun titulunu qoruyub saxlamışdılar. Albaniya hökmdarları isə xaqan, xan və ya işxan titulu daşımışlar. Bir çox yazılı mənbələrdə və alban-qıpçaq kilsələrinin kitabələrində bəhs edilən yer-yurd, şəxs (Mama xatun, Hurişah xatun, Arzu xatun, Vaxtanq Təkin və s.) və müxtəlif türk boylarının adları bunu bir daha təsdiq edir.

Paylaş:
374

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər