Bu ölkədə müdafiə nazirinin oğlu qəzada öldü
Salvadorda hərbi təyyarənin Sakit okeanda qəzaya uğraması nəticəsində, müdafiə nazirinin oğlu da daxil olmaqla, göyərtəsində olan hər üç nəfərin öldüyü güman edilir.
1news.az xəbər verir ki, xilasedicilər artıq 2 nəfərin cəsədini aşkarlayıb, üçüncü şəxsin dənizdə axtarışları davam etdirilir.
Ölənlərin təyyarənin ekipaj üzvü və müdafiə naziri Frensis Rene Merino Monroyun oğlu Gerardo Merino olduğu təsdiqlənib.
Qəza sahildən təxminən 3 dəniz mili aralıda baş verib və axtarış işlərinə qayıqlar və təyyarələr cəlb edilib.
1news.az
460