Nobel Sülh Mükafatının laureatı həbs olundu | 1news.az | Xəbərlər
Dünya

Nobel Sülh Mükafatının laureatı həbs olundu

10:54 - 06 / 12 / 2021
Nobel Sülh Mükafatının laureatı həbs olundu

Myanmada sabiq dövlət müşaviri Aun San Su Çji 4 il müddətinə azadlıqdan məhrum olunub.

1news.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Aun San Su Çji ordu daxilində nifaq salmaqda və koronavirusun profilaktikası ilə bağlı qaydaları pozmaqda ittiham olunub. O, 2021-ci il fevralın 1-də Myanmada baş verən hərbi çevrilişdən sonra həbsdə idi.

Aun San Su Çji 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər