Şəmkirdə saxta əlillik arayışları verən baş həkim və digərlərinin məhkəməsi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə saxta əlillik arayışları verən baş həkim və digərlərinin məhkəməsi başlayır

S.Xankişiyeva14:50 - 08 / 12 / 2021
Şəmkirdə saxta əlillik arayışları verən baş həkim və digərlərinin məhkəməsi başlayır

Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin əməlləri ilə bağlı istintaq edilmiş cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, Şəmkir rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılıb.

Aparılmış istintaqla Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Ayaz İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Həkim məsləhət komissiyasının bütün səlahiyyətlərinin həmin xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş Fəxrəddin Quliyevə həvalə etməsi, habelə sonuncunun Həkim məsləhət komissiyasının üzvü kimi 8 nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxananın həkim terapevti Əminə Zamanova, Qaranüy kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyən Dünya Qarayeva, Şəmkir rayon sakinləri Kifayət Abdıyeva və Həbayət Həsənovanın köməkçiliyi ilə ümumilikdə 20 min 800 manat pul vəsaitini rüşvət qismində almasına və həmin şəxslərin adına olan göndərişlərə saxta diaqnozlar qeyd edərək müvafiq elektron sistemə daxil edilməsi nəticəsində onlara qanunsuz olaraq əlillik dərəcəsi təyin edilməklə ümumilikdə 40 min manat məbləğində pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fəxrəddin Quliyev və digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma - təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək, Fəxrəddin Quliyev barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
375

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər