XİN Qarabağda qanunsuz fəaliyyət göstərmiş xarici şirkətlərlə bağlı görülən tədbirləri açıqlayıb | 1news.az | Xəbərlər
Siyasət

XİN Qarabağda qanunsuz fəaliyyət göstərmiş xarici şirkətlərlə bağlı görülən tədbirləri açıqlayıb

S.Xankişiyeva12:28 - 08 / 12 / 2021
XİN Qarabağda qanunsuz fəaliyyət göstərmiş xarici şirkətlərlə bağlı görülən tədbirləri açıqlayıb

“İşğal dövründə həmin ərazilərdə qanunsuz iqtisadi fəaliyyət göstərən bəzi şirkət və fərdlərlə bağlı tədbirlər həyata keçirilir.

Bunlar dövlətlərarası şikayətə aid olmadğına görə, həmin şirkətlərin fəaliyyət göstərdiyi ərazilər, hüquqi qərar və başqa amillərdən asılı olaraq təhlillər aparılır. Hər bir konkret halda təhlillərin nəticəsindən asılı olaraq bu tədbirlərin görülməsi ilə bağlı qərarlar verilir”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Ona görə də bu məsələnin dövlətlərarası şikayətlər çərçivəsində baxılması nəzərdə tutulmur. Çünki burada kağız üzərində qalacaq məhkəmə qərarından söhbət getmir. Söhbət sonradan həmin məhkəmə qərarının icrasından gedir. Bunun üçün də vaxtilə işğal altında olmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirən fərdlərin, hüquqi şəxslərin müəyyən aktivləri mövcud olmalıdır ki, həmin aktivlərə qarşı məhkəmə qərarı icra edilə bilsin”, - o bildirib.

E.Məmmədov vurğulayıb ki, bütün bunlar müfəssəl bir təhlil tələb edir: “Hazırda bununla bağlı təhlil aparırıq. Hər bir konkret halda belə şirkətlər müəyyən edilərək uyğun addımlar atılır. Yəni bu günə verə biləcəyimiz məlumatlar bunlardır. Həmin proseslər nəticə verdiyi təqdirdə, konkret məhkəmə qərarları əldə edildikcə ictimaiyyətə açıqlanacaq”.

Paylaş:
569

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər