Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribatlarını davam etdirib - XİN | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribatlarını davam etdirib - XİN

S.Xankişiyeva10:56 - 11 / 12 / 2021
Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribatlarını davam etdirib - XİN

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, 8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

"9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də "3+3" formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq", - qeyd olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Bu gecə şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı... - FOTO

Paylaş:
434

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər