“Omikron” ştammından ilk ölüm halı qeydə alındı
Böyük Britaniyada koronavirusun "omikron" ştammına yoluxanlar arasında ilk ölüm faktı qeydə alınıb.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Boris Conson Londonda vaksinasiya mərkəzində jurnalistlərə açıqlamasında deyib.
"Təəssüf ki, biz "omikron" ştammına yoluxma ilə əlaqədar xəsxtəxanaya yerləşdirilmə hallarını müşahidə edirik. "Omikron"a yoluxmuş azı bir xəstə vəfat edib", - deyə B.Conson bildirib.
Qeyd edək ki, bu, "omikron" variantına yoluxanlar arasında bugünədək ölüm faktı qeydə alınmamışdı.
Xatırladaq ki, ilk dəfə noyabrın sonunda Afrikanın cənubunda qeydə alınan "omikron" ştammı bu günədək 70-ə yaxın ölkədə aşkar edilib.
1news.az
434