Edam olunmuş İran jurnalistinin atası ruhani libasından imtina etdi | 1news.az | Xəbərlər
Dünya

Edam olunmuş İran jurnalistinin atası ruhani libasından imtina etdi

17:56 - 16 / 12 / 2021
Edam olunmuş İran jurnalistinin atası ruhani libasından imtina etdi

Məşhur jurnalist və ictimai fəal Ruhulla Zəmin İran rejimi tərəfindən edam edilməsindən bir il ötür.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bu tarix təkcə Fransada mühacir həyatı yaşamış Zəmin müəmmalı həbsinin yeni təfərrüatlarının üzə çıxması ilə deyil, həm də onun atası hüccətül-islam Məhəmmədəli Zəmin qurulmasında və möhkəmlənməsində bilavasitə iştirak etdiyi islam hökumətinə meydan oxuması ilə yadda qaldı.

Belə ki, dekabrın 13-də Zəminin Tehrandakı məzarı başında keçirilən məclisdəki çıxışı zamanı Məhəmmədəli Zəm hakimiyyətin ona göstərdiyi təziq və basqılara etiraz əlaməti olaraq əba və əmmaməsini çıxarıb ruhani libasından imtina edib.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər