Bu ölkədə vaksin vurdurmayan yoluxsa, öz hesabına müalicə alacaq | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə vaksin vurdurmayan yoluxsa, öz hesabına müalicə alacaq

10:26 - 16 / 12 / 2021
Bu ölkədə vaksin vurdurmayan yoluxsa, öz hesabına müalicə alacaq

8 dekabrdan Sinqapurda dövlət hesabına koviddən müalicə şərtlərində dəyişiklik olunub.

1news.az medicina.az-a istinadən bildirir ki, hökumət kovid peyvəndi olunmayıb, kovidə yoluxanları daha müalicə etməyəcək. Omikron ştamının yayıldığı Sinqapurda əhalinin 80%-i tam vaksinasiya olunub.

Sinqapur pandemiyanı ən tez cilovlayan ölkələrdən biridir. Orda yüksək dissiplin var, total immunizaisya gedir, pandemiya başlayandan bu vaxta kimi orda ciddi ölüm sayı olan uzunmüddətli dalğalar olmayıb.

1news.az

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər